TUT İPƏKQURDUNUN İSTİLİYƏ DÖZÜMLÜ HİBRİDLƏRİNİN YARADILMASI
2024
Rasimə Hüseynova | Səfa Musayeva
Azərbaycanda qeyri-neft sektoruna aid olan kənd təsərrüfatı sahələrinə: heyvandarlıq, bitkiçilik, çayçılıq, tütünçülük, arıçılıq, ipəkçilik və s. aiddir. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər cərçivəsində baramaçılıq və ipəkçilik sahəsinin bərpası və inkişaf etdirilməsi kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycanda son vaxtlar yaradılmış tut ipəkqurdu cinslərin çarpazlaşdırılması nəticəsində alınmış hibridlərin hər tərəfli öyrənilməsi, onlardan ipək məhsuldarlığına, xüsusilə baramaların texnoloji göstəricilərinə və ekoloji dözümlülüyünə görə daha yaxşılarının seçilib rayonlaşdırılması planlı qaydada aparılan seleksiya tədqiqat işlərinin yekun mərhələsini təşkil edir. Respublikamızın aran rayonları üçün istiliyə dözümlü tut ipəkqurdu cins və hibridlərinin seleksiyaçılar tərəfindən yaradılmasına aid elmi-tədqiqat işlərinə hələ 1965-1973-cü illərdə başlanılmışdır. Azərbaycan ipəkçilik elminin görkəmli nümayəndəsi, Az.EA-nın müxbir üzvü, b.e.d., professor R.A.Hüseynovun rəhbərliyi altında ölkəmizin aran rayonlarında yemləmələri aparılmış Aran, Yaşar cinsləri və onların düzünə və tərsinə hibridləri yaradılmışdır (Abbasov, 2009). Təcrübələr 2 müxtəlif mühitdə (optimal və pessimal) aparılmışdır. Optimal mühit kimi 1958-ci ildən Z.A.Axundov tərəfindən Azərbaycan Respublikası yemləmələri üçün tövsiyə edilmiş aqrozootexniki normalardan, pessimal mühit kimi tərəfimizdən hazırlanmış yeni aqrozootexniki normalardan istifadə edilmişdir (Abbasov, 2010). Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Tut ipəkqurdu seleksiyası laboratoriya”sında yaradılmış Uğur, Ordubad-1, Ordubad-2, Muğan-1 və Muğan-2, Gürcüstan ETİİ-dan introduksiya olunmuş Mizuri-1 və Muziri-5 və nəzarət olaraq Mayak-2 və Mayak-3 cinslərindən, və Mayak-2×Mayak-3 hibridindən istifadə olunmuşdur (Məmmədov, 2019).
Afficher plus [+] Moins [-]Mots clés AGROVOC
Informations bibliographiques
Cette notice bibliographique a été fournie par Azerbaijan Science Center
Découvrez la collection de ce fournisseur de données dans AGRIS